Şirvanda avtomobil qəzası olub, bir nəfər ölüb - FOTO

Şirvanda avtomobil qəzası olub, bir nəfər ölüb - FOTO
# 23 sentyabr 2023 14:11 (UTC +04:00)

Şirvan şəhərində avtomobil qəzası olub.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü 1949-cu il təvəllüdlü Mədətov Yolçu Müseyib oğlu xəsarət alıb.

O, xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR