Şirvanda zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO

Şirvanda zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO
# 12 noyabr 2019 15:03 (UTC +04:00)

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektində qeydə alınıb. “KamAZ”, “Lada Priora” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza nəticəsində Hacıqabul sakinləri - 1974-cü il təvəllüdlü Teymurov Habil Adil oğlu və 1974-cü il təvəllüdlü Pənahov Füzuli Vaqif oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR