Sumqayıt sakini polis şöbəsində vəfat edib

Sumqayıt sakini polis şöbəsində vəfat edib
# 19 yanvar 2022 18:01 (UTC +04:00)

Bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib və həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.

Bu barədə APA-ya DİN Baş DYP İdarəsindən bildirilib.

Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR