Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
# 09 dekabr 2022 00:29 (UTC +04:00)

Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR