Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nərimam Nərimanov küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Nissan Tiida" markalı, 77 CM 935 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan "Nissan Teana" markalı, 77 FY 683 dövlət nömrə nişanlı avtomobilə çırpılıb və səkiyə düşüb.
"Nissan Tiida"nın sürücüsünün qəflətən ürəyində problem yarandığı, avtomobilin idarəetməsini bu səbəbdən itirdiyi bildirilir. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Əli Əliyev