Sumqayıtda avtomobil divara çırpılıb, sərnişin ölüb - VİDEO

Sumqayıtda avtomobil divara çırpılıb, sərnişin ölüb - VİDEO
# 08 may 2022 09:16 (UTC +04:00)

Sumqayıtda ölümlə nəticələnən qəza baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, "Samand" markalı minik avtomobili yol kənarında olan divara çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Səmədov Elxan Eldar oğlu həyatını itirib. Nəqliyyat vasitəsinin sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR