Bank Of Baku

Sumqayıtda evdən kişi meyiti tapılıb

Sumqayıtda evdən kişi meyiti tapılıb
# 07 aprel 2022 21:15 (UTC +04:00)

Sumqayıtda evdən kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində baş verib.

Fərdi yaşayış evlərinin birindən 1965-ci il təvəllüdlü Vidadi Məlikovun meyiti aşkarlanıb.

57 yaşlı kişi evdə tək yaşayırmış.

Meyiti tapılan şəxsin narkotik istifadəçisi olduğu və yüksək dozalı narkotik qəbulundan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR