Sumqayıtda iki nəfər dəm qazından boğulub - YENİLƏNİB

Sumqayıtda iki nəfər dəm qazından boğulub - YENİLƏNİB
# 06 dekabr 2022 11:14 (UTC +04:00)

Prokurorluq Sumqayıtda iki nəfərin dəm qazından boğularaq ölməsi faktı üzrə araşdırma aparır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində iki nəfərin mənzildən meyitinin tapılması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Hadisə yerinə və meyitlərə baxış keçirilib. İlkin araşdırma nəticəsində 19 yaşlı Rauf Hacıyev və 19 yaşlı Rüfət Hüseynovun dəm qazından boğulmaları müəyyən olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

***

00.51

Sumqayıtda dəm qazından ölüm faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.

Mənzillərin birində 19 yaşlı Rauf Hacıyev və onun həmyaşıdı Rüfət Hüseynov dəm qazından boğularaq ölüblər. Onların meyitləri müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sail Ağasəlim

Ramil Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR