Sumqayıt şəhərində, birmərtəbəli kafenin ərazisində ümumi sahəsi 12 m² olan texniki otağın yanar konstruksiyaları, içərisində 2 ədəd kombi aparatı və 1 ədəd generator yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bitişik kafe yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
saat 09:58
Sumqayıtda çay evində yanğın baş verib.
APA xəbər verir ki, hadisə saat 8:30 radələrində 14 mərtəbəli binanın qarşısında qeydə alınıb.
Əraziyə 3 yanğınsöndürən maşın cəlb edilib.
Yanğın qısa müddətdə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.