Sumqayıtda mağazadan içərisində xeyli pul olan seyf oğurlanıb

Sumqayıtda mağazadan içərisində xeyli pul olan seyf oğurlanıb
# 11 noyabr 2019 17:50 (UTC +04:00)

Sumqayıtda mağaza qarət edilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 9-da şəhər ərazisindəki mağazaların birindən içərisində 1490 manat pul olan seyfi, yaddaş qurğusunu və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Bağırov və E.Nəzərov saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR