Sumqayıtda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıtda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB
# 12 oktyabr 2019 22:13 (UTC +04:00)

Sumqayıtda yolu keçərkən avtomobil tərəfindən vurularaq ölən piadanın şəxsiyyəti müəyyənləşib.

APA-nın xəbərinə görə, o, 1977-ci il təvəllüdlü Hüseynov Ramil Niftəli oğludur.

Qeyd edək ki, hadisəni törədən sürücü hadisə yerindən yayınıb.

****

21:53

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil magistralında yolu keçmək istəyənpiyadanı avtomobil vurub. Nəticədə piyada hadisə yerində ölüb. Ölən şəxsin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR