Sumqayıtda Rusiya vətəndaşı qətlə yetirilib

Sumqayıtda Rusiya vətəndaşı qətlə yetirilib
# 13 avqust 2019 22:03 (UTC +04:00)

Sumqayıt şəhərinin sənaye zonasında Gübrə zavodunun yaxınlığında ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.

B.Bakayev ürək nahiyyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Çeçenistan vətəndaşını bıçaqlayan şəxsin Ağcabədi sakini olduğu bildirilir.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR