Bank Of Baku

Sumqayıtda satıcını bıçaqla hədələyib pulu aparan şəxs tutulub - VİDEO

Sumqayıtda satıcını bıçaqla hədələyib pulu aparan şəxs tutulub - VİDEO
# 08 aprel 2022 15:10 (UTC +04:00)

Sumqayıtda satıcıya qarşı quldurluq edən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, martın 20-də şəhərin 1-ci mikrorayonunda fəaliyyət göstərən köşklərdən birinin satıcısı olan Şahin Abasova qarşı quldurluq edən şəxsin kimliyi müəyyən edilib.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində həmin şəxsin 2003-cü il təvəllüdlü Eldar Axundov olduğu məlum olub və o saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, E. Axundov kəsici alətlə satıcını hədələyərək onun telefonunu və kassada olan pulu götürərək ərazidən uzaqlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR