Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var - FOTO

Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var - FOTO
# 09 fevral 2023 00:28 (UTC +04:00)

Sumqayıtda zəncirvari yol qəzası baş verib, 1 nəfər hamilə qadın xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sülh prospekti ilə Koroğlu prospektinin kəsişməsində baş verib.

Belə ki, "Mercedes" markalı 50 - EH - 724 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən işıqforda dayanan digər 3 avtomobilə çırpılıb.

İlk dəydiyi "Opel" markalı 01 - CE - 467 dövlət qeydiyyat nişanlı avtomobildə olan hamilə qadın xəsarət alıb.

Qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hər 4 avtomobilə ciddi ziyan dəyib.

Əli Əliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR