TƏBİB Yevlax xəstəxanasının şöbə müdirinin qətlə yetirilməsinə münasibət bildirib

TƏBİB Yevlax xəstəxanasının şöbə müdirinin qətlə yetirilməsinə münasibət bildirib
# 10 yanvar 2023 23:40 (UTC +04:00)

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.

Bu barədə APA-nın sorğusuna TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqası əraziyə yollanıb.

B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.

Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, B.Cabbarov 10.12.1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub.

1976-1982-ci ilərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib.

2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.

TƏBİB rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR