Telefon oğurlamaqda şübhəli bilinən Qəbələ sakini saxlanılıb

Telefon oğurlamaqda şübhəli bilinən Qəbələ sakini saxlanılıb
# 20 yanvar 2022 11:08 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə yanvarın 18-də bir nəfərin Bakı şəhər sakini H.Əhmədzadənin mobil telefonunu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Qəbələ rayon sakini X.Mustafayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR