Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Tərtər rayonunda mina hadisəsi barədə məlumat yayıb.
ANAMA-nın Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndi ərazisində keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Partlayış nəticəsində 1980-ci il təvəllüdlü Əsgərov Elnur Asif oğlu xəsarət alıb. Xəsarət alan şəxs Tərtər rayon xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, xəstəxanaya yerləşdirilən E.Əsgərovun həyati təhlükəsi yoxdur.
Araşdırma aparılır.
***
17.33
Tərtərdə 43 yaşlı kişi minaya düşüb.
Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində boş ərazidə minaya düşüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
APA-nın əldə etdiyi xəbərə görə, Elnur Əsgərovun ayağı amputasiya edilib.