Tərtərdə azad edilmiş ərazidə 34 yaşlı şəxs minaya düşüb - YENİLƏNİB

Tərtərdə azad edilmiş ərazidə 34 yaşlı şəxs minaya düşüb - YENİLƏNİB
# 09 mart 2023 14:04 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi barədə məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən APA-ya bildirilib ki, 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb: "Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək".

***

13.46

Martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR