Bank Of Baku

Tovuzda kişi arvadını bıçaqlayıb - YENİLƏNİB

Tovuzda kişi arvadını bıçaqlayıb - YENİLƏNİB
# 13 iyul 2023 12:32 (UTC +04:00)

Tovuz Rayon Polis Şöbəsinə rayon sakini 1970-ci il təvəllüdlü T. Bayramovanın çox saylı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, həyat yoldaşı Nizami Bayramov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

12:13

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, ərlə arvad mübahisə edib və nəticədə kişi həyat yoldaşını bıçaqlayıb.

Qadın xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR