Tovuzda yol qəzasında 4 nəfər xəsarət alıb

Tovuzda yol qəzasında 4 nəfər xəsarət alıb
# 23 noyabr 2019 13:09 (UTC +04:00)

Tovuzda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qovlar - Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZ 31” markalı minik avtomobili ilə “VAZ-2106” markalı minik maşını toqquşub.

Qəza zamanı 4 nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətin kafi olduğu bildirilib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR