Türkiyə-İran sərhədində zəlzələ olub, Naxçıvanda da hiss olunub

Türkiyə-İran sərhədində zəlzələ olub, Naxçıvanda da hiss olunub
# 19 noyabr 2019 11:23 (UTC +04:00)

Türkiyə-İran sərhədində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 04:14-də Naxçıvan stansiyasından 125 km cənub-qərbdə, Türkiyə-İran sərhədində qeydə alınıb. Zəlzələnin maqnitudası 5.0, dərinliyi 44 km olub.

Zəlzələ Naxçıvan MR-nın cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR