Bank Of Baku

Ucarda yol qəzası zamanı piyada ölüb

Ucarda yol qəzası zamanı piyada ölüb
# 02 avqust 2023 22:23 (UTC +04:00)

Ucarda piyadanı maşın vuraraq öldürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Bərgüşad-Qazyan kənd yolunda qeydə alınıb.

"Ford" markalı avtomobil piyada, 1981-ci il təvəllüdlü Məhəmməd Ağamusa oğlu Rəşidovu vurub.

Ağır xəsarət alan zərərçəkəni sürücü Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, M. Rəşidovun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR