Ucarda zəncirvari qəza baş verib, 2 nəfər xəsarət alıb

Ucarda zəncirvari qəza baş verib, 2 nəfər xəsarət alıb
# 25 mart 2023 11:36 (UTC +04:00)

Ucarda zəncirvari yol- nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb. "VAZ 2106", "VAZ 2107" və "KİA" markalı minik avtomobilləri toqquşub. Nəticədə, rayonun Qazıqumlaq kənd sakinləri, 1959 -cu il təvəllüdlü Həqiqət Kərim qızı Rüstəmova və 1953-cü il təvəllüdlü Zal Hacı oğlu Rüstəmov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR