Sabiq icra başçısı Vilyam Hacıyevin oğlu prokurorluq orqanlarından xaric edilib.
APA-nın əldə etdiyi məlumata görə, Qubadlı rayon Prokurorluğun əməkdaşı Məhəmməd Hacıyev tutduğu vəzifədən azad olunub.
Baş Prokurorluğun mətbuat xidməti faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı həbs edilib.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilir.