Xaçmazda ağac budağı maşının üstünə düşüb - FOTO

Xaçmazda ağac budağı maşının üstünə düşüb  - FOTO
# 11 iyul 2022 14:00 (UTC +04:00)

Xaçmazda güclü küləyin təsirindən qopan böyük ağac budağı avtomobilin üzərinə düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində baş verib.

Xaçmaz sakini Rizvan Hacıyev “Lada Priora” markalı avtomobillə hərəkətdə olan zaman ağacın budağı nəqliyyat vasitəsinin üzərinə düşüb. Xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR