Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
# 26 iyul 2022 10:56 (UTC +04:00)

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 25-də saat 18 radələrində Xaçmaz rayonunun Ukur-oba kəndi ərazisində Qusar rayon sakini Asif Hacıyev idarə etdiyi “VAZ-2104” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR