Xaçmazda avtomobilin vurduğu piyada ölüb

Xaçmazda avtomobilin vurduğu piyada ölüb
# 21 avqust 2019 09:31 (UTC +04:00)

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın Hacı Zeynalabdin Tağıyev küçəsində hərəkətdə olan, Köhnə Xaçmaz kənd sakini 49 yaşlı Mahmud Pənahovun idarə etdiyi 10-LX-354 dövlət nömrə nişanlı “VAZ 2109” markalı avtomobil 60-65 yaşlarında olan qadını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR