Xaçmazda dəmir yolu stansiyasından transformator oğurlanıb

Xaçmazda dəmir yolu stansiyasından transformator oğurlanıb
# 30 noyabr 2022 12:11 (UTC +04:00)

Xaçmaz dəmir yolu stansiyasının ərazisindən transformator oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 28-də Xaçmaz dəmir yolu stansiyasının ərazisindən 1 ədəd drossel transformatoru oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş N.Üzdənov saxlanılıb.
Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR