Xaçmazda rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın Niyazoba kənd sakini, 1957-ci il təvəllüdlü Turablı Vidadi Turab oğlunun idarə etdiyi “KamAZ” və Xaçmaz şəhər sakini 1941-ci il təvəllüdlü Hüseynov Vaqif Zabulla oğlunun idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki maşının sürücüləri və “Nissan” markalı avtomobilin sərnişini, Xaçmaz şəhər sakini 1959-cu il təvəllüdlü Şirinova Günaz Bəhlul qızı xəsarətlər alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.