Xaçmazda külək yaşayış binasının damını uçurub - VİDEO - YENİLƏNİB-1

Xaçmazda külək yaşayış binasının damını uçurub - VİDEO  - YENİLƏNİB-1
# 13 yanvar 2023 19:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən çoxmərətəbəli binanın dam örtüyünün bir hissəsinin uçması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, dərhal əraziyə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən güclü külək nəticəsində beşmərtəbəli, dördbloklu yaşayış binasının 2 blokunun dam örtüyünün qoparaq yerə düşdüyü və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görərək insanların təhlükəsizliyini təmin ediblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

15:49

Xaçmaz rayonunda bu gün səhərdən müşahidə olunan güclü külək səbəbindən Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsi 74 A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kvadratmetr hissəsi uçub.

Xaçmaz rayon İcra Hakimiyyətdən APA-ya verilən məlumata görə, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri dərhal hadisə yerində olub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıblar.

Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda küləyin fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində müvafiq iş aparılır.

***

13.19

Xaçmaz şəhərində müşahidə olunan güclü külək fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, güclü külək nəticəsində şəhərin mərkəzində yerləşən beşmərtəbəli yaşayış binasının damı uçub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR