Xaçmazda oğlu tərəfindən balta ilə xəsarət yetirilən qadın dünyasını dəyişib - YENİLƏNİB

Xaçmazda oğlu tərəfindən balta ilə xəsarət yetirilən qadın dünyasını dəyişib - YENİLƏNİB
# 14 yanvar 2022 08:40 (UTC +04:00)

Xaçmazda oğulu tərəfindən balta ilə xəsarət yetirilən Sənəm Sultanova dünyasını dəyişib.

Bu barədə APA-nın şimal bürosundan bildirilib.

Xatırladaq ki, S.Sultanova ötən gün müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.

***

13 yanvar, saat 19:10

Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əzizli kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində yetirib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR