Xaçmazda qonşusunu bıçaqlayan qadının istintaqı başa çatıb

Mərziyyə Qədiyeva

© APA | Mərziyyə Qədiyeva

# 26 iyul 2022 08:46 (UTC +04:00)

Xaçmazda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Mərziyyə Qədiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən qadın barəsində toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Aynur Rzayevanın icraatına verilib.

Qeyd edək ki, bu il Xaçmaz rayonunun Xudat şəhər sakini Mərziyyə Qədiyeva mübahisə zəminində qonşusu Rasim Səmədovu bıçaqlayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, M.Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın ona qarşı nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. Daha sonra isə sonuncunun onunla belə rəftarından hiddətlənən M.Qədiyeva evdən mətbəx bıçağını götürərək Zibeydə Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedib və hadisəni törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR