Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2

Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
# 04 iyul 2023 01:13 (UTC +04:00)

RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Mərkəzdən APA-ya bildirilib ki, zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf əraziərində 5-4 bala qədər hiss olunub.

***

00.37

İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

***

00.22

Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ baş verib.

Bu barədə APA-ya Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edək ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub.

***

00.06

Xaçmaz rayonunda zəlzələ qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, zəlzələ rayon mərkəzində hiss olunub. Dağıntı və itki barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR