Xilasedicilər Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıb

Xilasedicilər Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıb
# 18 avqust 2019 18:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR