Xırdalanda avtomobil xəndəyə düşüb - FOTO - VİDEO

Xırdalanda avtomobil xəndəyə düşüb - FOTO - VİDEO
# 21 avqust 2019 00:02 (UTC +04:00)

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "Mercedes" markalı avtomobil qazılmış xəndəyə düşüb.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, həmin prospektdə bir müddətdir ki, kanalizasiya xətlərinin yenilənməsi işləri görülür. Avtoqəza baş verməzdən əvvəl orada xəbərdaredici nişanların olmadığı, yalnız ərazinin lentlə hasarlandığı deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR