Xırdalanda körpə qızın qulağındakı sırğa zor tətbiq edilərək oğurlanıb

Xırdalanda körpə qızın qulağındakı sırğa zor tətbiq edilərək oğurlanıb
# 18 iyul 2019 23:20 (UTC +04:00)

Xırdalan şəhərində naməlum şəxs beş yaşlı qızın qulağından sırğanı dartaraq çıxarıb.

APA xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində baş verib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, 2014-cü il təvəllüdlü Məlikova Amaliya Fətid qızı binanın həyətində oynayan zaman naməlum şəxs onun qulağındakı qızıl sırğaları dartaraq götürüb ərazidən uzaqlaşıb.

A.Məlikova hər iki qulağından xəsarət alıb.

Abşeron RPİ hadisəni törədən şəxsin axtarışına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR