Xızıda oğul atasını taxta ilə vuraraq öldürüb

Xızıda oğul atasını taxta ilə vuraraq öldürüb
# 27 mart 2023 12:04 (UTC +04:00)

Xızı Rayon Polis Şöbəsinə martın 23-də saat 6 radələrində 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub.

S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR