Xocavənddə erməni ordusuna məxsus xeyli silah-sursat tapılıb

Xocavənddə erməni ordusuna məxsus xeyli silah-sursat tapılıb
# 14 yanvar 2022 11:01 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib.

Polis əməkdaşları 1 minaatan qurğusu, 2 qumbaraatan, 8 top mərmisi və 6200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR