Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə rayonların ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan APA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Qusar rayon sakini, axtarışda olan Alim Əlimuradov saxlanılıb. Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan pul, müxtəlif ərzaq məhsulları, spirtli içkilər, külli miqdarda müxtəlif növ siqaretlər və video müşahidə kamerası oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Xudatda silsilə oğurluqlar edən şəxs tutulub
© APA | Alim Əlimuradov
30 dekabr 2021 10:52 (UTC +04:00)
Hadisə
Bakıda körpə pəncərədən düşərək ölüb
13:36
26 aprel 2024
Müşviq Atakişiyev son söz üçün məhkəmədən növbəti dəfə vaxt istəyib
12:57
26 aprel 2024
DİN: Polisə tabe olmayan motosiklet sürücüsünün narkotik daşınması ilə məşğul olduğu müəyyən edilib
12:52
26 aprel 2024
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib - VİDEO
10:55
26 aprel 2024