Yeni Ramanada 50 ədəd şam ağacı yanıb- YENİLƏNİB

Yeni Ramanada 50 ədəd şam ağacı yanıb- YENİLƏNİB
# 23 avqust 2019 16:47 (UTC +04:00)

Yeni Ramana qəsəbəsində yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

15:31

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən vildirilib.

***

13:11

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır.

APA-nın Fövqəladə hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR