Yevlaxda mikroavtobus iki qadını vurub, ölən var

Yevlaxda mikroavtobus iki qadını vurub, ölən var
# 27 mart 2023 09:29 (UTC +04:00)

Yevlaxda avtomobil iki qadını vurub.

APA xəbər verir ki, hadisə rayonun Nizami prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ruslan Abdullayev idarə etdiyi "Qaz-322132" markalı mikroavtobusla 1975-ci il təvəllüdlü Səbinə Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Mirzəyevanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR