Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ata və oğul saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraoğlan kənd sakinləri Babaş Kərimov və oğlu Səxavət saxlanılıblar. Onların evinin həyətyanı və pay torpaq sahələrinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib. B.Kərimova məxsus 201 ədəd və oğlu Səxavətə isə məxsus 37 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Yevlaxda narkotik yetişdirən ata-oğul tutulub
22 iyun 2022 09:31 (UTC +04:00)
Hadisə
Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var
20:19
26 aprel 2024
Goranboyda minik avtomobilli aşıb, xəsarət alanlar var
19:00
26 aprel 2024
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
18:55
26 aprel 2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
17:54
26 aprel 2024