Yevlaxda şirkətdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayon polis şöbəsinə Aran qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus avtomatik suvarma sistemlərinin 102 ədəd çiləyicisi, 2 ədəd tənzimləyicisi, 6 ədəd kontaktoru, 60 metr naqili və 4 ədəd birləşdiricisinin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Təbriz Əlizadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.