Yol polisi faktivi hava ilə bağlı sürücülərə bir daha müraciət edib

Yol polisi faktivi hava ilə bağlı sürücülərə bir daha müraciət edib
# 09 yanvar 2023 09:16 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına yenidən müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, meteoroloji vəziyyəti nəzərə alıb sürücülərdən xahiş edirik ki, öncə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirsinlər:

“Avtomobilləri təkərlərin qış mövsümünə uyğunluğunu nəzərə almaqla, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə, təhlükəsiz şəraitdə ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər”.

DYP rəsmisi qeyd edib ki, yola çıxan nəqliyyat vasitələrinin mütləq əksəriyyəti qış mövsümünə uyğun olmayan təkərlərlə hərəkət edir:

“Bu sürücülərdə sürüşməyə və digər çətinliklər yaradır. Xahiş edirik ki, yola çıxan sürücülər təkərləri qış mövsümə uyğun eləsinlər. Eyni zamanda sürücülük təcrübəsi olmayan sürücülərdən yollarda hərəkət etməməyi tövsiyə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR