Zaqatala sakinini maşın vurub

Zaqatala sakinini maşın vurub
# 22 yanvar 2023 23:38 (UTC +04:00)

Zaqatalada 31 yaşlı kişini maşın vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kənd inzibati ərazisində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Qürbət İsa oğlu Hasilovu avtomobil vurub. Q.Hasilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin olaraq başın açıq travması diaqnozu qoyulub. Zərərçəkənin müayinə və müalicəsi davam etdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR