Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
# 01 avqust 2022 13:33 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Aşağı Tala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 280 kiloqram olan 1476 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR