Zaqatalada 53 yaşlı qadın itkin düşüb

Zaqatalada 53 yaşlı qadın itkin düşüb
# 23 may 2023 10:31 (UTC +04:00)

Zaqatalada 53 yaşlı qadın itkin düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Elmira Muxtarova mayın 18-də səhər saat 11 radələrində yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.

Onun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, qadının itkin düşməsi ilə bağlı yaxınları tərəfindən rayon polis şöbəsinə müraciət edilib. Onun tapılması istiqamətində zəruri axtarış tədbirləri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR