Zaqatalada ev yanıb

Zaqatalada ev yanıb
# 25 dekabr 2021 16:18 (UTC +04:00)

Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 36 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli ev 30 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR