Zaqatalada həmkəndlisinə qarşı quldurluq edən şəxs tutulub - VİDEO

Zaqatalada həmkəndlisinə qarşı quldurluq edən şəxs tutulub - VİDEO
# 25 yanvar 2023 11:13 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndi ərazisində naməlum şəxsin kənd sakinlərindən birinə yaxınlaşaraq soyuq silahı onun boğaz nahiyəsinə dayaması, eləcə də 100 manat pulunu və mobil telefonunu zorla alması, daha sonra isə zərərçəkmişi yerə yıxaraq hadisə yerindən yayınması barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq əməlini törətməkdə şübhəli bilinən Natiq Əzizov saxlanılıb.

Dindirilmə zamanı N.Əzizov törətdiyi əməli etiraf edərək gecə saatlarında həmkəndlisinin qarşısını kəsdiyini, 100 manat pulunu və 500 manat dəyərində "Samsung" markalı mobil telefonunu ələ keçirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Zaqatala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR