Bank Of Baku

Zaqatalada minik avtomobilləri toqquşub, maşının biri çaya düşüb - FOTO

Zaqatalada minik avtomobilləri toqquşub, maşının biri çaya düşüb - FOTO
# 12 iyul 2023 09:36 (UTC +04:00)

Zaqatalada iki minik avtomobili toqquşub, qəzadan sonra maşınlardan biri çaya düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Zaqatala-Aşağı Tala avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra avtomobillərdən biri idarəetmədən çıxaraq ərazidən axan çaya düşüb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Yuxarı Tala kənd sakini 1983-cü il təvəllüdlü Elçin Tacəddin oğlu Məmmədov və Aşağı Tala kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Abdulla oğlu Zamanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR